Главная > İdman > UEFA Millətlər Liqası: Azərbaycan yığması səfərdə Monteneqro ilə qarşılaşacaq

UEFA Millətlər Liqası: Azərbaycan yığması səfərdə Monteneqro ilə qarşılaşacaq


8-04-2025, 18:09. Разместил: azadses
Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu bu gün keçirəcək.

"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının IV qrupunda Monteneqronun qonağı olacaq.

Qarşılaşma Nikşiç şəhər stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Matçı Andorradan olan baş hakim Marta San Xuan idarə edəcək.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib, ikinci oyunda isə səfərdə Litvanı 2:0 hesabı ilə üstələyib. Hazırda hər iki komandanın hesabında 4 xal var. Son pillədə qərarlaşan Litvanın xalı yoxdur.
Вернуться назад