Главная > İdman > Daha bir millimizin üzvü koronavirusa görə Bakıya gəlməyəcək

Daha bir millimizin üzvü koronavirusa görə Bakıya gəlməyəcək


26-08-2020, 16:19. Разместил: azadses
Almaniyanın “Bohum” klubunda çıxış edən Barış Ekincier 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Fransa yığmasına qarşı keçirəcəyi oyuna hazırlıq məqsədilə təşkil olunacaq təlim-məşq toplanışında iştirak edə bilməyəcək.
“Azad Səs” AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb “Bohum” klubunun 6 üzvündə koronavirus (COVİD-19) testinin pozitiv nəticələnməsi ilə əlaqədar Bundesliqanın əsasnaməsinə və federal qanunlara uyğun olaraq, komandanın bütün məşqçi, futbolçu və inzibati heyəti üçün 14 günlük karantin rejiminin tətbiq olunmasıdır.
 
Qeyd edək ki, Azərbaycan - Fransa oyunu sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək.

Вернуться назад