Главная > İdman > BOK 2028-ci il Olimpiadasında kişilərdən ibarət komandaların sayını azaldır
BOK 2028-ci il Olimpiadasında kişilərdən ibarət komandaların sayını azaldır10-04-2025, 08:54. Разместил: azadses |
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2028-ci ildə ABŞ-də keçiriləcək Olimpiada üçün kişi futbol komandalarının sayını azaldıb. “Report” xəbər verir ki, bu barədə BOK-un idman direktoru Kit Makkonel jurnalistlərə bildirib. Los-Anceles oyunlarında kişilərin turnirində 12 komanda mübarizə aparacaq. Əvvəllər yarışda 16 milli komanda təmsil olunurdu. Eyni zamanda, qadınların turnirində komandaların sayı 12-dən 16-ya çatdırılacaq. Qeyd edək ki, Los-Anceles Olimpiadası iyulun 14-dən 30-dək keçiriləcək. Вернуться назад |