Главная > İdman > Azərbaycan Basketbol Liqası: Pley-in mərhələsinin ikinci görüşlərinə start verilir

Azərbaycan Basketbol Liqası: Pley-in mərhələsinin ikinci görüşlərinə start verilir


13-04-2025, 14:00. Разместил: azadses
Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci görüşlərinə bu gün start veriləcək.

“Report”un məlumatına görə, “Lənkəran” evdə “Gəncə”ni qəbul edəcək.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq qarşılaşmanın start fiti saat 14:00-da səsləndiriləcək.

Komandalar arasında baş tutan ilk görüşdə Gəncə təmsilçisi 96:92 hesablı qələbə qazanıb.

Qeyd edək ki, pley-in mərhələsində digər görüşlər sabah keçiriləcək.


Вернуться назад