Главная > İdman > Torreyra karyerasında ilkə imza atdı
Torreyra karyerasında ilkə imza atdıDünən, 17:20. Разместил: azadses |
Türkiyənin "Qalatasaray" klubunun yarımmüdafiəçisi Lukas Torreyra peşəkar karyerasında ilkə imza atıb. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Belə ki, Superliqanın 32-ci turu çərçivəsində keçirilən "Qalatasaray" - "Bodrum" matçında uruqvaylı futbolçu qol vurmağı bacarıb. "Cimbom"un 2:0 hesablı qələbəsi ilə nəticələnən qarşılaşmada Torreyra fərqlənərək, peşəkar karyerasında ilk dəfə bir mövsümdə üç qol vurub. Qeyd edək ki, bu qələbə "Qalatasaray"ın evdə məğlubiyyətsizlik seriyasını 15 matça çatdırıb. Вернуться назад |