Главная > İdman > Premyer Liqa: XXXII turun sonuncu oyununda "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək
Premyer Liqa: XXXII turun sonuncu oyununda "Neftçi" "Sumqayıt"la üz-üzə gələcəkBu gün, 13:06. Разместил: azadses |
Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq. "Report"un məlumatına görə, sonuncu matçda "Neftçi" "Sumqayıt"ın qonağı olacaq. Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək. Bakı klubu 35 xalla yeddinci, "gənclik şəhəri" təmsilçisi 29 xalla səkkizinci pillədə qərarlaşıb. Misli Premyer Liqası IV dövrə, XXXII tur 28 aprel 20:00. “Sumqayıt” – “Neftçi” Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabarov. VAR: Cavid Cəlilov. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: İlham Əliyev. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i minimal hesabla üstələyib. "Turan Tovuz" - "Şamaxı", "Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" matçları 1:1 hesabı ilə başa çatıb. Вернуться назад |