Главная > İdman > Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək
Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcəkBu gün, 14:54. Разместил: azadses |
Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək. “Report” xəbər verir ki, bu gün yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start veriləcək. “Budyo Qlimt” evdə “Tottenhem”lə üz-üzə gələcək. “Atletik” isə ilk oyunda evdə 0:3 hesabı ilə uduzduğu “Mançester Yunayted”in qonağı olacaq. UEFA Avropa Liqası Yarımfinal mərhələsi, cavab görüşləri 8 may 23:00. “Budyo Qlimt” (Norveç) - “Tottenhem” (İngiltərə) İlk oyun - 1:3. 23:00. “Mançester Yunayted” (İngiltərə) - “Atletik” (İspaniya) İlk oyun - 3:0. Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq. Turnirin son qalibi İtaliyanın “Atalanta” komandası olub. Вернуться назад |