Главная > İdman > Premyer Liqa: "Qarabağ" bu gün "Araz-Naxçıvan"la üz-üzə gələcək
Premyer Liqa: "Qarabağ" bu gün "Araz-Naxçıvan"la üz-üzə gələcəkDünən, 15:44. Разместил: azadses |
Misli Premyer Liqasında XXXIV tura bu gün yekun vurulacaq. "Report"un məlumatına görə, günün ilk oyununda "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək. Gəncə klubu 29 xalla doqquzuncu, "gənclik şəhəri" təmsilçisi 30 xalla səkkizinci pillədə qərarlaşıb. Günün ikinci matçında "Qarabağ" "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Çempionluğu təmin etmiş "köhlən atlar"ın 80 xalı var. Qonaqlar 55 xalla üçüncüdür. Misli Premyer Liqası IV dövrə, XXXIV tur 11 may 18:00. “Kəpəz” – “Sumqayıt” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev. VAR: Elçin Məsiyev. AVAR: Pərvin Talıbov. Hakim-inspektor: Vüsal Əliyev. AFFA nümayəndəsi: Erkin Hüseynov. Tovuz şəhər stadionu 20:00. “Qarabağ”– “Araz-Naxçıvan” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev. VAR: Rauf Cabarov. AVAR: Rəhman İmami. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Nəriman Axundov. “Azərsun Arena” Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Şamaxı"nı 3:1, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib. Вернуться назад |