Главная > İdman > Bakıda minifutbol üzrə dünya çempionatı başlayır
Bakıda minifutbol üzrə dünya çempionatı başlayırDünən, 12:10. Разместил: azadses |
Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək. "Report"un məlumatına görə, ilk gündə 8 matç keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi Bəhreyni sınağa çəkəcək. Qarşılaşma saat 20:30-da başlayacaq. Bu görüşdən əvvəl turnirin açılış mərasimi baş tutacaq. Tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər. A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Dünya çempionatı Qrup mərhələsi I tur 21 may A qrupu 20:30. Azərbaycan - Bəhreyn 23:00. Mavritaniya - Sloveniya B qrupu 09:15. Fransa - Çad 21:45. Rumıniya - Özbəkistan C qrupu 10:30. Macarıstan - Türkiyə 13:00. Ukrayna - İngiltərə D qrupu 11:45. Bolqarıstan Portuqaliya 14:15. Slovakiya - Hindistan Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq. Вернуться назад |