Главная > İdman > Azərbaycan minifutbol yığmasının sabiq qapıçısı: "Komandalar Bakıdakı dünya çempionatına hazırlıqlı gəliblər"
Azərbaycan minifutbol yığmasının sabiq qapıçısı: "Komandalar Bakıdakı dünya çempionatına hazırlıqlı gəliblər"Bu gün, 12:10. Разместил: azadses |
Komandalar Bakıda keçirilən minifutbol üzrə dünya çempionatına hazırlıqlı gəliblər. Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq qapıçısı Davud Kərimi deyib. O, yarışın ilk günündə bir neçə oyunu izlədiyini bildirib: "Komandaların əksəriyyəti həqiqətən çox hazırlıqlı gəliblər. Millimizlə heç-heçə (1:1) edən Bəhreyni də siyahıya əlavə etmək olar. Onların da pis hazırlıq keçmədikləri meydanda görünürdü. Əla və sıx müdafiədə oynayıb əks-hücumlara üstünlük verirdilər. Bu, millimizin ilk matçı idi. Bir az stress və həyəcan ola bilər. Yığmadan gözləntilər də böyükdür. Bəzi futbolçularımızın oyunu istədikləri kimi alınmadı. Amma inanıram ki, növbəti görüşlərdə daha yaxşı çıxış edib bizi sevindirəcəklər". D.Kərimi qarşılaşmadan əvvəl Tural Nərimanov, Seymur Məmmədov və Bəxtiyar Soltanovla birlikdə təltif olunmaları barədə də danışıb: "Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədova, icraçı vitse-prezidenti Taleh Nəsibova və qurumun bütün əməkdaşlarına təşəkkür edirəm. Həm sevincli, həm də kədərlidir. Bizə gözəl jest etdikləri üçün sevindik. Amma üzülürük ki, yığmadan getmək vaxtıdır. Azərbaycanda keçirildiyi üçün bu dünya çempionatında iştirak edə bilərdim, gücüm də var idi. Amma xeyirlisi". Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq. Davud Kərimi 2022-ci ildə Azərbaycan millisi ilə Avropa çempionu olub. Вернуться назад |