Главная > İdman > Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi növbəti matçına çıxacaq
Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi növbəti matçına çıxacaqBu gün, 10:30. Разместил: azadses |
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsində III tura start veriləcək. “Report”un məlumatına görə, Azərbaycan millisi də növbəti matçına çıxacaq. Elşad Quliyevin baş məşqçisi olduğu komanda Mavritaniya yığması ilə qarşılaşacaq. Bu gün həmçinin Türkiyə millisi də meydana çıxacaq. Qardaş ölkə təmsilçisi İngiltərə yığması ilə üz-üzə gələcək. Dünya çempionatı Qrup mərhələsi III tur 25 may A qrupu 14:00. Bəhreyn - Sloveniya 19:30. Azərbaycan - Mavritaniya B qrupu 12:45. Özbəkistan - Çad 22:00. Rumıniya - Fransa C qrupu 16:30. Macarıstan - Ukrayna 18:15. Türkiyə - İngiltərə D qrupu 15:15. Hindistan - Portuqaliya 20:45. Slovakiya - Bolqarıstan Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı iyunun 1-də başa çatacaq. Вернуться назад |