Главная > İdman > Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi bu gün yarımfinal oyununa çıxacaq

Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi bu gün yarımfinal oyununa çıxacaq


30-05-2025, 14:55. Разместил: azadses
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün yarımfinal oyunları baş tutacaq.

“Report” xəbər verir ki, Milli Gimnastika Arenasında meydana əvvəlcə Azərbaycan və Monteneqro komandaları çıxacaq.

Görüş saat 20:00-da start götürəcək.

Digər yarımfinal matçında isə Macarıstan Serbiya ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 21:30-da başlayacaq.

Dünya çempionatı

Yarımfinal

30 may

Azərbaycan - Monteneqro

Macarıstan - Serbiya.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.


Вернуться назад