Главная > İdman > Xviça Kvaratsxeliya və digər gürcü futbolçu Fransada qarət edilib

Xviça Kvaratsxeliya və digər gürcü futbolçu Fransada qarət edilib


Bu gün, 12:12. Разместил: azadses
Gürcüstan millisinin futbolçuları Xviça Kvaratsxeliya və Zuriko Davitaşvili Fransada qarət ediliblər.

"Report" "Geo Team"a istinadən xəbər verir ki, hər iki oyunçunun qızıl-zinət əşyaları, çantaları və saatları oğurlanıb.

Hadisə futbolçular ailələri ilə Kann şəhərində istirahət edərkən baş verib. İdmançıların özləri zərər görməyib.

Qeyd edək ki, Xviça Kvaratsxeliya 2024/2025 mövsümündə PSJ-nin heyətində Çempionlar Liqasının qalibi olub. Davitaşvilinin çıxış etdiyi "Sent-Etyen" isə ötən mövsüm Liqa 1-i 30 xalla 17-ci sırada tamamlayaraq aşağı dəstəyə yuvarlanıb.


Вернуться назад