Главная > İdman > Braziliya bütün dünya çempionatlarının final mərhələsinə vəsiqə qazanan yeganə ölkə olub
Braziliya bütün dünya çempionatlarının final mərhələsinə vəsiqə qazanan yeganə ölkə olub11-06-2025, 11:20. Разместил: azadses |
Braziliya millisi bütün dünya çempionatlarının final mərhələsinə vəsiqə qazanan yeganə ölkə olub. "Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, beşqat dünya çempionları DÇ-2026-nın seçmə mərhələsində Paraqvayı (1:0) məğlub edərək həlledici raunda vəsiqəni rəsmiləşdirib. Braziliya yığması 1930-cu ildən bəri keçirilən 22 dünya çempionatının hər birinin final mərhələsində iştirak hüququ qazanıb. Qeyd edək ki, komanda hazırda seçmə mərhələnin turnir cədvəlində 25 xalla üçüncü pillədə yer alıb. Вернуться назад |