Главная > İdman > "Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib

"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib


Bu gün, 11:19. Разместил: azadses
Argentinalı "Formula 1" pilotu Franko Kolapinto ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messiyə öz dəbilqəsini hədiyyə edib.

"Report" xəbər verir ki, "Alpine" komandasının sürücüsü bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Pilot vaxtilə "Formula 2"də istifadə etdiyi dəbilqəni Kanada Qran-prisindən sonra həmyerlisinə təqdim edib. O, imzalı dəbilqənin üzərində "Çoxlu sevinc və dərslər üçün təşəkkür edirəm. Ən xoş arzularla" mesajını yazaraq Messiyə heyranlığını bildirib.

Qeyd edək ki, 2024-cü ilin əvvəlində L.Messi Kolapintoya Argentina yığmasının imzalı məşq formasını göndərmişdi. Hədiyyə gənc sürücüyə "Formula 2"də ilk qələbəsini elan etməzdən əvvəl verilib.


Вернуться назад