Главная > İdman > Həndbolçularımız qapalı zalda məşqlərə nə vaxt başlayır? - Nazirliyə müraciət olundu

Həndbolçularımız qapalı zalda məşqlərə nə vaxt başlayır? - Nazirliyə müraciət olundu


1-09-2020, 14:26. Разместил: azadses
Həndbol üzrə Azərbaycan klubları bu aydan məşqlərə başlamağı planlaşdırır.
Bu barədə Oxu.Az-a Azərbaycan Həndbol Federasiyasının İdman Şöbəsinin müdiri İsgəndər Əsgərov deyib.
O, ötən mövsüm apreldə yarımçıq dayandırılmış kişi və qadınlardan ibarət Azərbaycan çempionatlarının ləğv olunduğunu bildirib.
Maraqlıdır ki, bu barədə federasiyanın saytı heç bir qeyd aparmayıb:
“Həndbol üzrə ötən mövsümkü Azərbaycan çempionatları pandemiyaya görə ləğv olundu. Düzdür, ola bilsin ki, federasiyanın saytında bu barədə məlumat verilmədi. Amma sənədlərdə ləğv olunma rəsmiləşdi”.
O bildirib ki, Azərbaycanda hazırda qapalı zallar bağlı olduğundan, məşq edə bilmirlər. Bu barədə nazirliyə müraciət də olunub:
“Sentyabrın 15-dən açıq havada məşqlərə başlamaq istəyirik. Gənclər və İdman Nazirliyinə bizə qapalı zalda məşq keçməyə icazə verilməsi üçün müraciət etdik. Çünki EHF (European Handball Federation) Kubokunda Azərbaycanı “Azəryol” təmsil etməlidir. Onların məşq etməsi lazımdır. Nazirlik isə bizə tez bir vaxtda cavab veriləcəyini bildirib. Hələ ki, cavab verilməyib.
Düzdür, yığma komanda üçün nazirliyin bazasında olan Olimpiya İdman Komplekslərində məşq etmək olardı. Ancaq bizim məşq etməli olduğumuz Abşeron Olimpiya İdman Kompleksləri modul tipli xəstəxanalara çevrilib. Öz bazamız olan “ABU Arena”da isə məşq etməyə icazə verilmir”.
O, Avropada artıq beynəlxalq yarışların başladığını, lakin pandemiyaya görə təyinat ala bilmədiyini bildirib:
“Pandemiyaya və uçuşlara görə EHF nümayəndələri başqa ölkələrdəki matçlara təyin olunmur. Ona görə də mən də təyinat almıram. Oktyabrdan vəziyyətin düzələcəyi gözlənilir. Amma hakimlər artıq Avropada başlayan həndbol üzrə klub yarışlarına təyinat alır”.

Вернуться назад