Главная > İdman > "Qalatasaray" "Neftçi" ilə oyuna hazırlaşır
"Qalatasaray" "Neftçi" ilə oyuna hazırlaşır15-09-2020, 13:27. Разместил: azadses |
![]() "Report" İstanbul təmsilçisinin "Twitter" səhifəsinə istinadən xəbər verir ki, komanda baş məşqçi Fatih Terimin rəhbərliyi altında bu gün məşqə çıxıb. Sentyabrın 16-da çarter reysli təyyarə ilə Bakıya yola düşəcək "Qalatasaray" təqribən saat 15 radələrində Heydər Əliyev adına Beynəlxalq Aeroportunda olacaq. Saat 18:00-da baş məşqçi Fatih Terim oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda media önünə çıxacaq. Bundan yarım saat sonra "sarı-qırmızılar"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlayacaq. Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. ![]() ![]() ![]() ![]() Вернуться назад |