Главная > İdman > Qurban Qurbanovdan "Qalatasaray" açıqlaması

Qurban Qurbanovdan "Qalatasaray" açıqlaması


15-09-2020, 14:26. Разместил: azadses
“Neftçi”yə uğurlar arzulayıram. Belə klubların Azərbaycana gəlməsi futbolun inkişafına böyük təkandır”.
''Azad Səs'' KONKRET.az-a istinadən xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında “Neftçi”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə “Qalatasaray”ı ilə keçirəcəyi matç barədə danışarkən deyib.
48 yaşlı mütəxəssis bildirib ki, güclü komandalar Bakıya gələndə azarkeşlərdə futbola sevgi oyanır və daha da çoxalır: “Türkiyənin top komandalarından birinin Bakıya gəlməsi futbolumuza böyük fayda verəcək. İstərdim ki, “Neftçi” “Qalatasaray”a qalib gəlsin. Türkiyə qardaş ölkədir, lakin idmanın prinsiplərindən biri odur ki, qalib gəlmək istəyirsən”.
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

Вернуться назад