Главная > İdman > “İki dəfə Respublika üzrə, beş dəfə zona yarışlarında birinci olmuşam” – ON YAŞLI GÜLƏŞÇİ

“İki dəfə Respublika üzrə, beş dəfə zona yarışlarında birinci olmuşam” – ON YAŞLI GÜLƏŞÇİ


27-12-2019, 07:54. Разместил: azadses
15 Dekabr 2019 tarixdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş Respublika turniri baş tutub.

Füzuli rayon Kərimbəyli kənd tam orta məktəbinin 5-ci  sinifində təhsil alan 10 yaşlı Elçin Vəliyev idman sahəsində yeni uğuru ilə bir daha sevindirib.
Belə ki , balaca qəhrəman beş ildən artıqdır ki, "Yunan-Roma güləşi" ilə məşğul olur. 
On yaşlı Elçin azyaşlılar və yeniyetmələr arasında keçirilən Respublika turnirində 2 dəfə, zona yarışlarında isə yaşıdları arasında 5 dəfə birinciliyə layiq görülüb. 
15 Dekabr 2019 tarixdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş Respublika turnirində yenidən yaşıdları arasında birincilik qazanıb.
Azad Səs-in əməkdaşı 10 yaşlı idmançı Elçin Vəliyevlə həmsöhbət olub:
“İlk dəfə bu idman növü ilə tanışlığım 4 yaşımdan başlayıb. Yarışlarda iştirakıma dəstək verən yunan-roma güləşi üzrə   əməkdar məşqçi Tural Vəliyev olub. Yarışları təşkil edən isə, Yunan-roma güləşi üzrə federasiyadır”
Qeyd edək ki, Elçin Vəliyev təkcə idman sahəsində uğur qazanmır, o öz məktəbinin həm də əlaçı olmasıyla digər şagirdlərdən fərqlənir. 


Вернуться назад