Главная > İdman > Futbolçular səhv edən komanda yoldaşını döydülər

Futbolçular səhv edən komanda yoldaşını döydülər


13-10-2020, 15:25. Разместил: azadses
Uqandada futbol matçında komanda yoldaşları qol epizodunu boşa verdiyi üçün Çörçill Ovasini döyüblər.
''Azad Səs'' xəbər verir ki, 22 yaşlı oyunçunun səhvi komanda yoldaşlarının ona hücum etməsinə səbəb olub. Oyun ərəfəsində münaqişənin qarşısı alınıb, lakin hadisə bununla bitməyib.
Qarşılaşmadan sonra yenə dava olub. Ovasi onu təhqir edən komanda yoldaşını velosipeddən itələyib. Yenidən münaqişə yaşanıb və oyunçuları Ovasini pis döyüblər.
Polis məmuru Cimi Okema hər iki cinayətkarın tutulduğunu söyləyib. Tezliklə onlar barəsində məhkəmə prosesi baş tutacaq. //Report.az


Вернуться назад