Главная > İqtisadiyyat > Güclənmiş və imkanları artmış Azərbaycan - DAHA BİR QƏLƏBƏ!

Güclənmiş və imkanları artmış Azərbaycan - DAHA BİR QƏLƏBƏ!


23-01-2021, 12:50. Разместил: azadses
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanıb.

Anlaşma ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Əli Məsimli Anlaşma Memorandumunun qlobal kontekstdə çox mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“Memoranduma 2020-ci ildə Azərbaycanın yaratdığı iki mühüm yeni reallıq kontekstindən yanaşsaq, bilavasitə bu sənədin özünün, eləcə də onun reallaşdırılmasının multiplikativ effektinin həm iki ölkə arasındakı münasibətlər, həm regional, həm də qlobal nüanslar baxımından əhəmiyyətinə daha çox işıq düşmüş olar. Belə ki, dünya üçün çox ağır və mürəkkəb keçən 2020-ci il Azərbaycan üçün ağır olsa da, ötən il həm də iki cəhətdən çox əlamətdar oldu.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Qələbəsi 30 illik işğala son qoydu. Amma bu, təkcə Azərbaycan miqyaslı hadisə deyil. 44 günlük Qarabağ müharibəsi və qazandığımız böyük Qələbə həm də regionda yeni reallıq yaradıb. Bu müharibədən sonra təkcə Cənubi Qafqazda deyil, keçmiş SSRİ-nin bütün məkanında keyfiyyətcə yeni bir geosiyasi və iqtisadi gerçəkliyin formalaşmasının şahidi oluruq. Həmin yeni reallıq, heç şübhəsiz, regional və qlobal proseslərə öz təsirini göstərəcək və Azərbaycanı daha da gücləndirəcək. Güclənmiş və imkanları artmış Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə əksər ölkələrin, xüsusən də region ölkələrinin marağı da artır”.

Deputatın sözlərinə görə, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu istifadəyə verdikdən sonra Türkmənistan tranzit ölkəyə çevrilib və bu, ona böyük fayda verir:
“Mehri dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru yolunun işə düşməsi şübhəsiz ki, ölkəmizdən Naxçıvana, oradan isə Türkiyəyə çıxış, əks-istiqamətdə isə Türkiyədən Cənubi Qafqaz, Orta Asiyadan keçməklə Çin Xalq Respublikasınadək nəhəng türk zolağı uzanacaq. Strateji əhəmiyyətə malik olan bu layihənin reallaşdırılması region ölkələri kimi Azərbaycan və Türkiyə ilə yanaşı, Türkmənistana da müəyyən şanslar və üstünlüklər verəcək. Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq”.


Вернуться назад