Главная > İqtisadiyyat > Şabranda tərəvəz əkən kəndlilər susuz qaldılar
Şabranda tərəvəz əkən kəndlilər susuz qaldılar22-04-2020, 14:11. Разместил: azadses |
"Anbarlarda su yoxdur, bizə deyilib ki, suvarmaya su verilməsin" Azərbaycanın Şimal bölgəsində ciddi suvarma suyu problemi yaranıb. AZAD SƏS-in məlumatına görə, Şabran rayonunun Dəvəçikənd adlanan yaşayış məntəqəsinin ərazisində tərəvəz məhsulları əkən kəndlilər suvarma suyunun olmamasından şikayətçidirlər. Axısxa türkləri olan sakinlər adından İstiPress-ə məlumat verən Rəsmiyyə Şirinovanın sözlərinə görə, hər il bu problemlə üzləşirlər. Onun sözlərinə görə, qış aylarında həyətlərində yetişdirdikləri şitilləri sahəyə gətirəndə vaxtında əkə bilmirlər, su olmadığından həm şitillər keyfiyyətini itirir, həm də çəkdikləri əziyyət heç olur. Kənd sakini bildirib ki, xüsusi karantin dövründə evdən çıxıb işləmələrinə dövlət icazə versə də onlar suvarma suyu olmaması səbəbindən tərəvəz əkinini başa çatdıra bilmirlər. Dediyinə görə, yerli İcra hakimiyyətindən də problemin həlli ilə bağlı onlara kömək göstərilmir. Ümumiyyətlə hazırki vəziyyətdə onlar şikayətlərini demək üçün heç İH-nə gedə də bilmirlər. Şabran rayon suvarma suvarma sistemləri idarəsinin rəisi Adil Şamilov kəndlilərin şikayəti barədə danışıb. O quraqlıq səbəbindən onlara baş idarədən hələlik suvarmaya su verilməsinin dayandırıldığını deyib: "Quraqlıqdır. Anbarlarda da su yoxdur. Taxtakörpü su anbarı da boşdur. Bu səbəbdən bizə deyilib ki, suvarmaya su verilməsin". Bununla belə Adil Şamilov rayon İH rəhbərliyi işə qarışdığına görə rayona bu gün 400-500 litr suveriləcəyini deyib. Amma, onun sözlərinə görə,bu, kəndlilərin təlabatını ödəmək üçün kifayət deyil. Şabran İH-dən isə məsələyə münasibət öyrənmək cəhdlərimiz uğursuz olub. Вернуться назад |