Главная > İqtisadiyyat > Elman Rüstəmov: "Manata təzyiq aradan qaldırılıb"
Elman Rüstəmov: "Manata təzyiq aradan qaldırılıb"13-05-2020, 14:03. Разместил: azadses |
Azərbaycanın valyuta bazarında vəziyyət stabilləşib. Azad Səs-in məlumatına görə, bunu "NBC Bank" və "AG Bank"ın lisenziyalarının ləğv olunması ilə bağlı keçirilən mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, Azərbaycan manatının məzənnəsi sabitdir və mart ayında qeydə alınan ucuz neft qiymətlərinin təzyiqi hazırda tam aradan qaldırılıb. Bundan başqa, monetar sabitliyin təmin olunması üçün vacib addımlar atılır. E.Rüstəmov bildirib ki, yanvar-aprel aylarında orta inflyasiya üç faiz təşkil edib və bu Mərkəzi Bankın müəyyən etdiyi hədəf çərçivəsindədir. İnflyasiyanın ilin sonunadək bu çərçivə daxilində qalacağı gözlənilir. E.Rüstəmov həmçinin bildirib ki, bəzi banklar ilə bərabər, kənar audit şirkətləri də bankların maliyyə vəziyyətlərini təhrif ediblər. “Biz bununla kəskin mübarizə aparacağıq. Təşkilatın maliyyə vəziyyəti olduğundan yaxşı göstərilməməlidir. Biznes və əhali düzgün maliyyə göstəricilərinə baxıb bankı seçməlidir”,- Elman Rüstəmov qeyd edib. Xatırladaq ki, Mərkəzi Bank lisenziyası ləğv edilmiş bankların prudensial və statistik hesabatları davamlı olaraq təhrif etdiklərini bir neçə gün öncə açıqlamışdı. Вернуться назад |