Главная > İqtisadiyyat > Banklar dolların alış qiymətini niyə artırıb? - Açıqlama

Banklar dolların alış qiymətini niyə artırıb? - Açıqlama


28-01-2022, 16:20. Разместил: admin
Mərkəzi Bankın sədri Elman Rüstəmov bəzi banklarda dolların alış qiymətinin artırılması məsələsinə münasibət bildirib.

“Azadsəs.az” xəbər verir ki, Rüstəmov belə faktların olduğunu vurğulayıb:

“Bir şeyi qeyd etmək istəyirəm ki, 2021-ci ildə, həm də 2022-ci ildə valyuta satışları yüksəlib. Bu da ötən ilin sonunda büdcə xərclərinin artması ilə bağlıdır. Bununla da valyuta tələbinin artmasını müşahidə edirik. Bütövlükdə valyuta təklifi daha çoxdur. Mərkəzi Bank hərraclarda valyutaya tələbi tam ödəyir. Hər bir bank təlabatını göstərir. Bu təlabatı tam şəkildə birmənalı olaraq hərracda ödəyirik. Bununla da milli valyutaya inamı gücləndiririk. Ancaq nağd valyuta satışında azalmaları görürük. Əhali görür ki, milli valyutanın məzənnəsi sabitdir”.

Mərkəzi Bankın rəsmisi Fuad İsayev isə bildirib ki, banklar ötən ilin dekabr ayında alış kurslarında məzənnəni artırıb: “Banklar alış qiymətlərini özləri tənzimləyirlər. Əhalinin də banklardan dollar alışı daha çox olub. Yanvarın 25-dən isə valyuta alınmasında azalma müşahidə edirik. Buna görə də məzənnənin aşağı düşməsini gözləyirik”.
Вернуться назад