Главная > İqtisadiyyat > Putinin müraciətindən sonra rubl ucuzlaşdı

Putinin müraciətindən sonra rubl ucuzlaşdı


22-02-2022, 09:52. Разместил: admin
Rusiya rublu ABŞ dolları qarşısında ucuzlaşıb.

“Azadsəs.az” bu barədə Moskva birjasının məlumatına istinadən xəbər verir.

Dolların məzənnəsi Bakı vaxtı ilə saat 23:17-də 2.3 faiz artaraq, 79,6 rubl təşkil edib.

Qeyd edək ki, Rusiya rublu Prezident Vladimir Putin qondarma "LXR" və "DXR"nin müstəqilliklərinin tanınması məsələsi ilə ölkə vətəndaşlarına müraciəti fonunda ucuzlaşıb. Rusiya lideri qondarma "LXR" və "DXR"nin müstəqilliklərinin tanınması haqqında fərman imzalayıb.
Вернуться назад