Главная > İqtisadiyyat > Avropada qazın qiyməti 3500 dolları keçdi
Avropada qazın qiyməti 3500 dolları keçdi7-03-2022, 13:42. Разместил: admin |
![]() “Azadsəs.az” xəbər verir ki, ICE Futures birjasının məlumatına görə, Niderlanddakı TTF qovşağında aprel fyuçerslərinin qiyməti hər min kubmetr üçün 3514 dollara çatıb. Fevral ayı üçün TTF-nin orta qiyməti 935 dollar səviyyəsində olub. Qeyd olunur ki, Rusiya enerji resurslarının - neft, kömür, maye qazın tədarükü ilə bağlı dünya bazarında qeyri-müəyyənlik artır. Ukrayna ətrafındakı çətin vəziyyətlə yanaşı (bazar bu istiqamətdə risklərin hər gün artdığına inanır) bu həftə Avropada bərpa olunan mənbələrdən - külək istehsalından elektrik enerjisi istehsalının kəskin azalması müşahidə olunub. Вернуться назад |