Главная > İqtisadiyyat > Azərbaycana çəyirtkə hücumu - FOTO

Azərbaycana çəyirtkə hücumu - FOTO


7-07-2020, 13:38. Разместил: azadses
Son günlər Şabrana kütləvi surətdə çəyirtkələr gəlib.
Şabran rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Fəxrəddin OsmanovAzad Səs-in məlumatına görə, rayona doluşan Asiya çəyirtkələri olub. Onların Xəzər dənizi vasitəsilə Qazaxıstandan ölkəmizə gəldiyi deyllir.
Zərərvericilər rayonun Çayqaraqaşlı və Çöl Quşçu kəndlərində müşahidə olunub. Osmanovun sözlərinə görə, dərhal Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının köməyilə çəyirtkələrin məhvinə başlanılıb. O bildirdi ki, bu gün İmişli, Saatlı, Şəki, Quba, Xaçmaz rayonlarından gələn texnika və dərmançiləyici aparatlar vasitəsilə dərman səpini aparılıb.
Artıq rayona gələn "çağrılmamış qonaq"ların 80 faizinin qarşısı alınıb. Onun sözlərinə görə, əvvəl sahələrdə yerli çəyirtkələr müşahidə olunurdu, Asiya çəyirtkələri də geniş meşahidə olunduğundan təcili olaraq tədbirlər görülməsinə başlanıldı.


Вернуться назад