Главная > İqtisadiyyat / Manset > Neftin bir bareli 380 dollara yüksələ bilər
Neftin bir bareli 380 dollara yüksələ bilər2-07-2022, 20:52. Разместил: admin |
G7 ölkələri Rusiya xammalına qiymət limiti tətbiq edərsə, neftin qiyməti bir barel üçün 380 dollara yüksələ bilər. Bu barədə ABŞ-ın “JPMorgan Chase & Co.” bankının analitikləri və ekspertləri proqnoz verib. Analitiklərin sözlərinə görə, Rusiya cavab olaraq neft hasilatını sutkada 5 milyon barel azaltmağa qərar verə bilər ki, bu da dünyanın əksər hissəsi üçün fəlakətli nəticələrə gətirib çıxarar. Ekspertlərin proqnozlarına görə, hasilatın sutkada 3 milyon barel azaldılması qiymətləri 190 dollara qədər yüksəlməsinə, 5 milyon barel azalması (ən pis ssenariyə əsasən) isə xammalın “stratosfer” dəyərinə – 380 dollar olmasına gətirib çıxaracaq. “Çox güman ki, hökumət Qərbə zərər vermək üçün hasilatın azaldılması ilə cavab verə bilər. Qlobal neft bazarının sıxlığı indi Rusiyanın tərəfindədir”, - analitiklər qeyd edirlər. Вернуться назад |