Главная > İqtisadiyyat / Manset > Avropada qazın qiyməti martın əvvəlindən indiyədək ilk dəfə 3500 dollara çatıb
Avropada qazın qiyməti martın əvvəlindən indiyədək ilk dəfə 3500 dollara çatıb26-08-2022, 21:48. Разместил: admin |
![]() Bu göstərici Londonun ICE birjasının məlumatlarında əks olunub. Xəbərin yazıldığı vaxtda sentyabr fyuçerslərinin qiyməti min kubmetr üçün təxminən 3480 dollar təşkil edir. Qeyd edək ki, martın 7-də qazın birja qiyməti tarixdə ilk dəfə olaraq 1 000 kubmetr üçün təxminən 3 900 ABŞ dollarına çatıb. Artım Rusiyadan qaz tədarükü ilə bağlı qeyri-müəyyənliyin davam etməsi və ayın sonunda “Şimal axını”nın dayandırılmasının elan edilməsi ilə bağlıdır. Yanacağın bahalaşması fonunda elektrik enerjisinin qiymətləri də rekordlar qırır. Fransada 2023-cü il üçün elektrik enerjisinin tədarükü fyuçerslərinin dəyəri meqavat-saat üçün 1075 avroya çatıb. Avropa bazarı üçün etalon rolunu oynayan Almaniyadakı analoji göstəricilər də rekordu yeniləyib və meqavat-saat üçün 920 avro təşkil edib. Вернуться назад |