Главная > İqtisadiyyat > Nazir: “İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat sahəsinə əhəmiyyətli investisiyalar yatırılıb”
Nazir: “İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat sahəsinə əhəmiyyətli investisiyalar yatırılıb”20-02-2023, 17:46. Разместил: admin |
“İşğaldan azad edilmiş ərazilərə istər yol infrastrukturunun, istərsə də dəmiryolu infrastrukturunun genişlənməsi, şaxələnməsi istiqamətində 2022-ci ildə kifayət qədər əhəmiyyətli investisiyalar yatırılıb”. Bunu REAL TV-yə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Nazir bildirib ki, artıq Zəngəzur dəhlizinin Azərbaycan, ümumiyyətlə, regionun inkişafı üçün prioritet olduğu vurğulanıb: “Bu istiqamətdə konkret olaraq Horadiz-Ağbənd dəmiryolunu qeyd etmək istərdim. Burada işlərin böyük əksəriyyəti, əhəmiyyətli bir hissəsi artıq 2022-ci ildə başa çatıb. Qarşıdan gələn illər ərzində, yəni 2023-2024-cü illərdə bu layihənin tam şəkildə, yəni ən azından Azərbaycan hissəsinin başa çatdırılmasını planlaşdırırıq”. Вернуться назад |