Главная > İqtisadiyyat > Azərbaycanın dəmir yolu ilə yük daşımaları 2 %-ə yaxın artıb

Azərbaycanın dəmir yolu ilə yük daşımaları 2 %-ə yaxın artıb


8-09-2023, 08:49. Разместил: azadses
Bu il yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 12,097 milyon tondan çox yük daşıyıb.

"Report" bu barədə ADY-yə istinadən xəbər verir. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % çoxdur.

Məlumata görə, təkcə avqust ayında təyinat nöqtəsinə 2 milyon tona yaxın yük çatdırılıb.

Xatırladaq ki, ADY ölkə prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906 milyon 061 min 960 manatdır.


Вернуться назад