Главная > İqtisadiyyat > “Fitch Ratings” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqləyib
“Fitch Ratings” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqləyib16-09-2023, 10:30. Разместил: azadses |
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib. Bu barədə “Report” agentliyinin saytına istinadən xəbər verir. “BB+” reytinqi Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir. Qeyd olunur ki, cari əməliyyatlar hesabının profisiti 2023-cü ildə ÜDM-in 19 faizinədək azalacağı proqnozlaşdırılsa da, bu, “BB” kateqoriyasında ən yüksək göstərici olaraq qalır. Agentlik bildirib ki, neftin qiymətlərinin aşağı düşməsinə baxmayaraq, 2024-2025-ci illərdə ölkədə ikirəqəmli profisit gözlənilir. 2023-cü ildə xarici valyuta aktivləri 68 milyard ABŞ dollarına çatacaq. Bunun 82 faizi ARDNF-in payına düşəcək. “Biz Azərbaycanın xalis suveren aktivlərinin 14 faiz artaraq 2023-cü ildə ÜDM-in 63 faizinə, 2025-ci ilə qədər isə 72 faizə çatacağını proqnozlaşdırırıq ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstəricidir”, - agentlik vurğulayıb. Вернуться назад |