Главная > İqtisadiyyat > Azərbaycan İnvestisiya Holdinqi tabeliyindəki şirkətlərin əsas vəsaitlərini siləcək
Azərbaycan İnvestisiya Holdinqi tabeliyindəki şirkətlərin əsas vəsaitlərini siləcək29-12-2023, 08:00. Разместил: azadses |
Azərbaycan İnvestisiya Holdinqi (AİH) idarəetməsinə verilmiş dövlət müəssisə və şirkətlərinin balansında olan əsas vəsaitlərin silinməsini həyata keçirəcək. “Report” bu barədə holdinqə istinadən xəbər verir. Məlumata görə, qurum artıq bununla bağlı hazırlıqlara başlayıb. Vəsaitlərin silinməsi ilə bağlı tənzimləyici sənədlər hazırlanacaq, prosedurların diaqnostikası aparılacaq və bununla bağlı əsas problemlər müəyyənləşdiriləcək. Həmçinin, yerli və beynəlxalq təcrübə əsasında bençmark aparılacaq və silinmədə dövlət müəssisələrinin idarəetmə orqanlarının, eləcə də holdinqin rolu müəyyənləşdiriləcək. Əsas vəsaitlərin silinməsi üzrə siyasət hazırlanacaq və bununla bağlı qanunvericiliyə edilə biləcək dəyişikliklərin texniki iqtisadi əsaslandırması aparılacaq. Siyasətin tətbiqi üçün yol xəritəsi hazırlanacaq. Вернуться назад |