Главная > İqtisadiyyat > Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb
Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb29-03-2024, 13:54. Разместил: azadses |
2023-cü ildə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 8,3 milyard ABŞ dolları və yaxud ümumi daxili məhsulun (ÜDM) 11,5 %-i qədər profisit yaranıb. "Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib. Onun sözlərinə görə, bu, 2022-ci ilə nisbətən 64,7 % və yaxud 2,8 dəfə azdır. Вернуться назад |