Главная > İqtisadiyyat > Azərbaycanda 2 ayda vergi daxilolmaları 3 milyard manatı keçib
Azərbaycanda 2 ayda vergi daxilolmaları 3 milyard manatı keçibDünən, 15:42. Разместил: azadses |
Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 3 milyard 122,9 milyon manat vergi daxil olub. "Report" bu barədə quruma istinadən xəbər verir. Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % azdır. 2 aylıq daxilolmaların 2 milyard 114,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb ki, bu da 1 il əvvələ nisbətən 10,7 % çoxdur. Вернуться назад |