Главная > İqtisadiyyat > Orxan Məmmədov: "Məqsədimiz qadın sahibkarlığının təşviqi və inkişafıdır"

Orxan Məmmədov: "Məqsədimiz qadın sahibkarlığının təşviqi və inkişafıdır"


Bu gün, 14:00. Разместил: azadses
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məqsədi qadın sahibkarlığının təşviqi və inkişafıdır.

"Report" xəbər verir ki, bunu agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "SHE Kongress"ində bildirib.

"Bu gün burada, qadın sahibkarlığı mövzusunda keçirilən forumda iştirak etmək təkcə iqtisadi sahədə deyil, eyni zamanda cəmiyyətdə böyük bir dəyişikliyin şahidi olmaq deməkdir. Qadın sahibkar- bu, yalnız bizneslə məşğul olan şəxs deyil. O, ailəsinin, cəmiyyətinin və ölkəsinin inkişafına töhfə verən, eyni zamanda işində risklərə sinə gələ bilən, yenilik yaratmaqdan və dəyişikliklərdən qorxmayan bir şəxsdir. Bu, olduqca vacibdir. Çünki qadın ümumilikdə həyatın hər sahəsində fəallıq göstərir. İrəli getmək, yeni addım atmaq risk tələb edir və biz qadınların bacarığını, zəhmətini və təşəbbüskarlığını iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevirməliyik. Ona görə də KOBİA üçün prioritet qadın sahibkarlığın inkişafıdır. Unutmayaq ki, güclü qadın güclü ailə, güclü cəmiyyət və güclü iqtisadiyyat deməkdir", - deyə o qeyd edib.

Sədr əlavə edib ki, KOBİA-nın qadın sahibkarlar üçün geniş fəaliyyət istiqamətləri və müxtəlif dəstək alətləri mövcuddur: "Bu alətlər arasında həm maliyyə dəstəyi, həm də institusional dəstək mexanizmləri var. Ona görə də bu alətlərdən istifadə etməklə hər bir qadın rahat şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər".


Вернуться назад