Главная > İqtisadiyyat > ABŞ-ın fond indeksləri azalıb

ABŞ-ın fond indeksləri azalıb


16-10-2020, 08:20. Разместил: azadses
Amerika iqtisadiyyatını stimullaşdırmaq üçün tədbirlər paketinin qəbul edilməsi ilə bağlı qeyri-müəyyənlik və yaxınlaşan prezident seçkiləri Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərracda əsas indekslərin azalmasına gətirib çıxarıb.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, Amerika fond bazarında Dow Jones indeksi 0,07% ucuzlaşaraq 28 494,20 bənd, S&P 500 0,15% azalaraq 3 483,34 bənd, Nasdaq isə 0,47% geriləyərək 11 713,87 bənd təşkil edib.

Bugünkü hərraclarda “WTI” markalı neft 0,29 faiz ucuzlaşaraq 40,99 ABŞ dollarından satılıb. Qızılın bir unsiyasının qiyməti 0,24% bahalaşaraq 1 911,95 dollar olub.


Вернуться назад