Главная > İqtisadiyyat > Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixracı daha çox olub

Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixracı daha çox olub


20-10-2020, 13:13. Разместил: azadses
2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 2 min 722 çeşid məhsul ixrac edib.
Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ixrac edilən məhsulların sektorlar üzrə bölgüsündə dövlət sektoru ixracın 49,99 faizini, özəl sektor ixracın 49,62 faizini, fiziki şəxslər ixracın 0,4 faizini təşkil edib.
Dövlət sektoru üzrə ixrac edilən məhsulların dəyəri 5 milyard 288,8 milyon dollar, özəl sektor üzrə 5 milyard 249,3 milyon dollar, fiziki şəxslər üzrə 41,7 milyon dollar olub.
Belə ki, MDB ölkələrinə ixrac edilən məhsulun dəyəri 958,4 milyon dollar, Avropa İttifaqı ölkələrinə 5 milyard 107,9 milyon dollar, digər ölkələrə isə 4 milyard 513,6 milyon dolları təşkil edib.
İxrac əməliyyatları həcminin ən yüksək həddi yanvar ayında qeydə alınıb. Cari dövrdə 2 milyard 130,2 milyon dollar dəyərində məhsul ixrac edilib. İxrac əməliyyatları həcminin ən aşağı həddi isə may ayında müşahidə olunub və bu ayda ixrac həcmi 665,5 milyon dollar olub.
Qeyri-neft sektoru üzrə ixracın həcmi 1 milyard 282,4 milyon dollar dəyərində olub.
Humanitar yük, təmənnasız kömək və texniki yardım məqsədli ixrac edilmiş məhsulların dəyəri 614 min ABŞ dollarını təşkil edib.


Вернуться назад