Главная > İqtisadiyyat > Koronavirus Nyu-York birjasına təsir edib

Koronavirus Nyu-York birjasına təsir edib


11-11-2020, 08:24. Разместил: azadses
ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxma sayının artması Nyu-York birjasında əsas indekslərin müxtəlif istiqamətlərdə dəyişməsinə səbəb olub.
''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, “Dow Jones” sənaye indeksi 262,95 bənd (0,90%) artaraq 29 420,92 bənd səviyyəsində dayanıb. ABŞ bazarındakı 500 ən böyük şirkətin daxil olduğu “S&P 500” indeksi 4,97 bənd itirərək (-0,14% ) 3 545,53 bənd səviyyəsinə düşüb.
“Nasdaq” elektron birja indeksi isə 159,93 bənd (-1,37%) azalaraq 11 553,86 bəndədək enib.
Sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,24% ucuzlaşaraq 1 871,7 ABŞ dollarına ticarət olunub.

Вернуться назад