Главная > İqtisadiyyat > Evlərin sığortalanması mövzusuna nöqtə qoyuldu - “Cərimə olmayacaq”

Evlərin sığortalanması mövzusuna nöqtə qoyuldu - “Cərimə olmayacaq”


13-01-2020, 14:45. Разместил: azadses
İcbari Sığorta Bürosunun yaşayış yerləri və mənzillərin icbari sığorta məsələsi ilə bağlı verdiyi açıqlama, nəhayət ki, vətəndaşlar arasında yaranmış müzakirələrə aydınlıq gətirib.
Azadsəs-in məlumatına görə, qurumun icraçı direktoru Rəşad Əhmədov bildirib ki, dövlət qeydiyyatında olan evlərin siyahısının Dövlət Əmlak Komitəsindən İcbari Sığorta Bürosuna ötürülməsi üçün zəruri qanunvericilik aktı yoxdur:
“Qanunvericilik əmlak məsələləri üzrə komitənin bizə məlumatı ötürməsini nəzərdə tutmayıb. Bu səbəbə görə də biz hələ ki, inteqrasiyanı həyata keçirə bilməmişik. Qanunvericiliyə müvafiq dəyişiklik edildikdən sonra inteqrasiyanın həyata keçirilməsi mümkün olacaq. Sığorta şəhadətnamələri elektron olacaq və elektron sistemlərdə hansı ünvanda sığortanın olub-olmaması müəyyən ediləcək”.


Вернуться назад