Главная > Kriminal > Bakıda qadını qətlə yetirərək zibil qutusuna atan şəxs onun...
Bakıda qadını qətlə yetirərək zibil qutusuna atan şəxs onun...28-01-2021, 11:03. Разместил: azadses |
![]() “Report”un əldə etdiyi məlumata görə, bu, 32 yaşlı Məhərrəmova Banu Xudayar qızıdır. İlkin araşdırma zamanı məlum olub ki, hadisəni onun 75 yaşlı qayınatası İdris Məhərrəmov törədib. Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub. Müəyyən edilib ki, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Şota Rustavelli küçəsində baş verib. İ.Məhərrəmov qadını öldürdükdən sonra meyiti hissələrə bölüb, 4 ədəd kisədə və 1 ədəd selofan torbada qonşu Nəsimi rayonuna aparıb. O, hissələrə bölünmüş meyiti Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsindəki məişət tullantıları qutularına atıb. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. Xatırladaq ki, faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir. Вернуться назад |