Главная > Kriminal > Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qaynata HƏBS OLUNDU
Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qaynata HƏBS OLUNDU30-01-2021, 10:36. Разместил: azadses |
Bakıda evində gəlinini xüsusi amansızlıqla qətlə yetirərək zibil qutusuna atmaqda təqsirləndirilən İdris Məhərrəmovun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb. ''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, Nəsimi rayon məhkəməsində keçirilən prosesdə İ. Məhərrəmov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə cəsədin Babək rayon sakini Banu Məhərrəmova olması müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınatası, Babək rayon sakini İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib. Вернуться назад |