Главная > Kriminal / Manset > Bakıda 43 yaşlı kişi bıçaqlandı

Bakıda 43 yaşlı kişi bıçaqlandı


23-04-2021, 08:00. Разместил: azadses
Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Müşfiqabad qəsəbəsində 1978-ci il təvəllüdlü Hacatov Mehdi Hüseynalı oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yarası və sol budun kəsilmiş yaraları diaqnozu qoyulub.

Вернуться назад