Главная > Kriminal / Manset > Lənkəranda süpürgəçi faciəvi şəkildə öldü
Lənkəranda süpürgəçi faciəvi şəkildə öldü1-07-2021, 11:52. Разместил: azadses |
![]() Lənkəran Rayon Prokurorluğunda araşdırmalarla müəyyən edilib ki, Kitabə Quliyeva rayonun K.Kazımov küçəsindəki binanın həyətində yerləşən Cənub Regional Enerji Təchizatı və Satışı idarəsinin Lənkəran Elektrik şəbəkəsinin balansında olan qapalı paylayıcı-çevirici məntəqənin giriş qapısını açaraq içəri daxil olub, orada paltarını dəyişən zaman elektrik cərəyanının onu vurması nəticəsində hadisə yerində ölüb. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir. Вернуться назад |