Главная > Kriminal > Arvadını öldürüb intihara cəhd edən ərin məhkəməsi başlayır
Arvadını öldürüb intihara cəhd edən ərin məhkəməsi başlayır18-01-2022, 08:21. Разместил: admin |
Ötən ilin iyulun 8-də Bakının Binə qəsəbəsində arvadını amansızlıqla qətlə yetirən Yadigar Cəfərovun məhkəməsi başlayır. “Azadsəs.az”ın məlumatına görə, yanvarın 26-sı saat 10:15-də məhkəmənin hazırlıq iclası keçiriləcək. Prosesə hakim Azad Məcidov sədrlik edəcək. Qeyd edək ki, Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Elnarə Musayevaya 22 bıçaq zərbəsi vuraraq onu qətlə yetirmişdi. O, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihara cəhd etmişdi. Yadigar Cəfərov hadisədən sonra 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilmişdi. Yadigar Cəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. Вернуться назад |