Главная > Kriminal > 2,5 milyonluq dələduzluqda təqsirləndirilən məmur oğluna bəraət verildi

2,5 milyonluq dələduzluqda təqsirləndirilən məmur oğluna bəraət verildi


13-07-2022, 16:00. Разместил: admin
2,5 milyon manatlıq dələduzluqda ittiham edilən Xətai RPİ-nin keçmiş əməliyyat müvəkkili Elvin Həşimlinin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə E.Həşimli barəsində bəraət hökmü çıxarılıb. Məhkəmənin qənaətinə görə, onun zərərçəkmiş qismində tanınan Möhkəm Səmədova qarşı dələduzluq etməsi ittihamı sübuta yetirilməyib.

Qeyd edək ki, E.Həşimli Möhkəm Səmədova biznes qurmaq adı ilə yalan vədlər verərək, 2,5 milyon manatı dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

O, vaxtilə Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı kimi çalışıb. Daha sonra daxili işlər orqanlarından xaric edilib. E.Həşimli Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisinin oğlu, eyni zamanda, Xocalı rayon icra başçısının müavini Vahid Əliyevin kürəkənidir.
Вернуться назад