Главная > Kriminal > Yeni il günü çay evində tanışını öldürən şəxsə hökm oxunub
Yeni il günü çay evində tanışını öldürən şəxsə hökm oxunub10-08-2022, 20:12. Разместил: admin |
Bakıda qətl törətməkdə təqsirləndirilən Cavid Atəşzadəyə hökm oxunub və o, 17 il müddətinə azadlıqdan məhrum edilib. “Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan olunub. Qeyd edək ki, polisə ötən il dekabrın 31-də saat 22 radələrində Binəqədi rayonu Mircəlal küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini Fikrət Hüseynovun öldürülməsi barədə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini C.Atəşzadənin münaqişə zəminində F.Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Atəşzadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Вернуться назад |