Главная > Kriminal > Tanışını öldürən Lənkəran sakininin istintaqı başa çatıb
Tanışını öldürən Lənkəran sakininin istintaqı başa çatıb24-09-2022, 18:39. Разместил: admin |
![]() APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib. Qeyd edək ki, iyunun 26-sı saat 16 radələrində Lənkəran rayonu ərazisində 1990-cı il təvəllüdlü Samir Novruzovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı, 1975-ci il təvəllüdlü Qulam Səlimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Samir Novruzova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qulam Səlimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Вернуться назад |