Главная > Kriminal > Balaxanıda 32 yaşlı şəxs qətlə yetirildi
Balaxanıda 32 yaşlı şəxs qətlə yetirildi24-10-2020, 10:31. Разместил: azadses |
Oktyabrın 23-də saat 09 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbə sakini 1988-ci il təvəllüdlü Məmmədov Natiq Fəxrəddin oğlu bıçaqlanaraq öldürülüb. Sabunçu rayon prokurorluğundan “Azad Səs”-ə verilən məlumata görə, araşdırmalarla Balaxanı qəsəbə sakini 1995-ci il təvəllüdlü Mahmudov Ülvi Vüqar oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Natiq Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ülvi Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Вернуться назад |