Главная > Manset > Zəfər paradında Azərbaycanın döyüş təyyarələri və helikopterlərinin uçuşu keçirilib
Zəfər paradında Azərbaycanın döyüş təyyarələri və helikopterlərinin uçuşu keçirilib10-12-2020, 14:22. Разместил: azadses |
![]() ''Azad Səs'' xəbər verir ki, milli şahinlərimiz Bakı buxtası və Azadlıq meydanının üzərindən uçub, Azərbaycan və Türkiyənin bayraqlarını nümayiş etdiriblər. Öncə “Mi-17” hərbi helikopterlər cütlüyü Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə Bakı buxtasının üzərində uçuş edib. Habelə “Mİ-35” helikopterləri müxtəlif düzülüşlərdə hərəkət edərək Azadlıq meydanının üzərindən keçib. Daha sonra isə “MiQ-29” çoxməqsədli qırıcı təyyarələri qrupu Azadlıq meydanının üzərindən uçub. Sonda isə Azərbaycan şahinləri “SU-25” hücum təyyarələri ilə paytaxt səmasında Azərbaycanın üçrəngli bayrağının əksini yaradıblar. Qrupa “Vətən Müharibəsi Qəhrəmanı”, general-mayor Namiq İslamzadə başçılıq edib. Вернуться назад |